ABŞ-da kədərlənən Paşinyan təsəllini Makronda tapdı

pasinyan makron

Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-dan qayıtdıqdan dərhal sonra Fransaya səfər etməsi diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, “Hraparak” Paşinyanın Vaşinqton səfərinin məyusluqla yekunlaşdığını yazıb.

Məlumata görə, baş nazirin ABŞ-da gözlənilən nəticəni əldə edə bilməməsi hakim Mülki Müqavilə Partiyasında narahatlıq doğurub.

Nəşr yazır ki, Paşinyan ABŞ-dan çox ağır əhvali-ruhiyyə ilə qayıdıb, istədiyi siqnalları əldə edə bilməyib, hədəflədiyi görüşləri həyata keçirməsi də mümkün olmayıb. Beləliklə ümidsizliyə qapılıb. İrəvana qayıtdıqdan sonra təsəlli üçün Fransaya səfər etmək qərarına gəlib. O, Fransa Prezidenti Emmanuel Makronla görüşərək Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsini dəqiqləşdirməyə çalışır.

Qeyd edək ki, N.Paşinyanın ABŞ-a səfəri çərçivəsində Prezident Donald Trampla görüşməyə çalışdığı, lakin sadəcə vitse-prezident Ceyms Devid Venslə görüşə bildiyi deyilir. Ağ Evə baş çəkən Paşinyan Venslə sadəcə 7 dəqiqə qısa söhbət etməyə nail olub.

Ayşən Mustafa
Globalinfo.az