baza

ABŞ İranın hücumlarına məruz qala biləcək bəzi təyyarə və gəmilərini Yaxın Şərqdəki hərbi bazalarından geri çəkib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Əl-Udeid aviabazasında mühafizəsiz anqarlarda olan hərbi təyyarələr başqa yerlərə köçürülüb.

Qeyd edək ki, Qətər ABŞ-ın Yaxın Şərqdəki ən böyük hava bazası olan Əl Udeid Hava Bazasına ev sahibliyi edir.

Burada ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) əməliyyat qərargahı yerləşir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: