Silahlı şəxs Arizona ştatındakı Luke Hərbi Hava Qüvvələri bazasına atəş açıb.
Globalinfo.az xəbər verir ki, bu barədə bazanın “Facebook” səhifəsində məlumat verilib.
“Luke Hərbi Hava Qüvvələri Bazası ərazidə baş verən atışma hadisəsi ilə bağlı məlumatı araşdırır”, – bəyanatda deyilir.
Həmçinin bildirilib ki, baza personalına vəzifələrində qalmaları və təcili yardım işçilərinin göstərişlərinə əməl etmələri tapşırılıb.
Mümkün qurbanlar və atəş açan şəxsin kimliyi barədə məlumat açıqlanmayıb.
Tahir Turan
Globalinfo.az