2020 04 13T000000Z 1751171463 RC2S3G9VSX7F RTRMADP 3 HEALTH CORONAVIRUS USA NEW YORK pic905 895x505 73714

ABŞ-da fövqəladə vəziyyət elan edilib. Bu qərar federal hökumətin bağlanmasından sonra Nyu-York ştatının qubernatoru Keti Hokul tərəfindən ehtiyacı olanlar üçün ərzaq markası proqramını maliyyələşdirmək məqsədilə verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

“Mən nyu-yorkluların ac qalmaması üçün əlimizdə olan hər vasitədən istifadə etmək istəyirəm”, – deyə Hokul bildirib.

Qubernator həmçinin təcili ərzaq yardımı üçün əlavə 65 milyon dollar maliyyə vəsaiti ayrıldığını açıqlayıb. Onun rəsmi saytında yayılan məlumata əsasən, bu vəsait təxminən 40 milyon yeməyin təmin edilməsinə imkan verəcək.

Qeyd edək ki, federal hökumətin bağlanması səbəbindən ABŞ-da ərzaq yardımı proqramı çətin vəziyyətə düşüb. Noyabrın 1-dən etibarən ərzaq müavinətlərinin dayandırılması riski var.

Hazırda ölkə üzrə 42 milyona yaxın insan bu proqramdan istifadə edir. Bu da təxminən hər səkkiz amerikalıdan biridir. Nyu-York ştatında isə üç milyondan çox sakin qida yardımı alır.

Tahir Turan
Globalinfo.az

Paylaş: