ABŞ-da dörd aylıq körpə tornadoya düşərək sağ qalıb

ABŞ-nın Tennessi ştatında tornado baş verib.

Globalinfo.az xəbər verir ki, məlumata görə, o, evləri dağıtsa da, dörd aylıq körpəni sağ qoyub.

Zərərçəkənin anası bildirib ki, hadisə baş verən zaman onun oğlu beşikdə olub, tornado onların qoşqusunun damını yıxdığı zaman “göyə uçub”. O, bir yaşında olan böyük oğlunu xilas edə bilib, ortağı isə kiçik uşaqla birlikdə beşiyi tutmağa çalışsa da, ona kömək edə bilməyib.

Onların evinin divarları güclü hava axınına tab gətirə bilməyib və uçub, bundan sonra valideynlər itkin düşən övladının axtarışına çıxıblar. Onu 10 dəqiqə axtarıblar və leysan yağışda aşmış ağacın üstündə yatmış vəziyyətdə tapıblar.

“Mən onu tapmayacağımıza əmin idim. İndi o, Allahın lütfü sayəsində bizimlədir”, – deyə uşağın anası deyib.

Bütün ailə üzvləri kəsiklər və qançırlarla xilas olublar, lakin evləri tamamilə dağılıb və bütün əşyaları zədələnib və ya itib.