
ABŞ Prezidenti Donald Tramp ölkədəki kütləvi iğtişaşlarla əlaqəli olan təşkilatlara dövlət vəsaitlərinin verilməsini dayandırmağı tapşırıb.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial media hesabında yazıb.
“Mən administrasiyama qanunvericilikdən asılı olmayaraq radikal qruplara heç bir vəsait verilməməsi barədə göstəriş verirəm”, – paylaşımda deyilir.
O, bu qrupları “şəhərləri yandırıb-dağıtdıqdan sonra yenidən qurmaq üçün dövlət büdcəsindən pul almağa çalışanlar” adlandırıb və sərt şəkildə əlavə edib:
“Artıq pul yoxdur!”