ABŞ “bütün bombaların anası”nı İsrailə verir – Hara atılacaq?

IMG 4618

Tramp administrasiyası MOAB qeyri-nüvə bombasını İsrailə tədarük edir.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Bild” qəzeti yayıb.

Qəzet bildirir ki, MOAB Amerikada “Bütün Bombaların Anası” adlandırılır.

Qeyd edək ki, MOAB 11 tondur və yerin dərinliyində yerləşən obyektləri məhv etmək gücündədir. Bayden bu silahı İsrailə verməkdən imtina etmişdi. Ekspertlər İsrailin ondan İranın yerin dərinliyində yerləşən nüvə obyektlərini partlatmaq üçün istifadə edə biləcəyini qeyd edilər.

Tramp administrasiyası bundan öncə İranın nüvə silahına çox yaxınlaşdığını elan edib və ona qarşı maksimal təzyiq siyasətinə başlayıb.

Əliyar Xəlil
Globalinfo.az