ABŞ bu texnikanı Ukraynaya versə… – Rusiya hədələdi

“M1 Abrams” tanklarının Kiyevə təhvil verilməsi qərarlaşdırılarsa, onlar da NATO hərbi texnikalarının digər nümunələri kimi məhv ediləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“ABŞ tank tədarükünü həyata keçirərsə, “müdafiə silahları” adı altında bu addımına haqq qazandıra bilməyəcək. Bu, Rusiya Federasiyasına qarşı açıq təxribat olar. Hazırkı münaqişədə həqiqi təcavüzkarın kim olması mövzusunda illüziyalara qapılmaq lazım deyil”.

Qeyd edək ki, Ukrayna çoxdan gözlənilən tanklar üçün artıq təlimlər həyata keçirib. ABŞ rəsmiləri bu tankların döyüş meydanına çatdırılması prosesini sürətləndiriklərini bildiriblər.

Ayşən Mustafa
Globalinfo.az