ABŞ-da parçalanma təşvişi – Bu ştatını itirə bilər

Texas ştatının 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərindən sonra ABŞ-dan ayrılacağı gözlənilir.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə yerli ABŞ mediası Texasdakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Texasda “müəyyən şərtlər altında” ştatın ABŞ-dan ayrılmasını müdafiə edən “həyəcanverici sayda” seçkili vəzifəyə namizədlər var. Onların 150-dən çoxunun “Texası geri al” adlı vəd imzaladığı bildirilir.

Sənədə əsasən, siyasətçilərdən dövlətin maraqlarını milli maraqlardan üstün tutması və Texasın müstəqil dövlət statusunun bərqərar olması üçün çalışması tələb olunacaq