ABŞ bu səfiri ölkədən çıxarır: vaxt verildi… – YENİLƏNİB

abs 1

CAR səfiri İbrahim Rəsul cümə günü ABŞ-ı tərk etməlidir. 

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus bu gün keçirilən brifinqdə deyib.

**

15.03.2025 (01:04)

ABŞ dövlət katibi CAR səfirini “arzuolunmaz şəxs” elan edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Marko Rubio sosial media hesabında paylaşım edib.

Dövlət katibi səfir İbrahim Rəsulu “Amerikanı sevməyən siyasətçi-rasist” adlandırıb.

“Biz artıq o səfirin bizim qüdrətli ölkəmizdə olmağından məmnun deyilik. İbrahim Rəsul Amerikanı və onun prezidentini sevməyən siyasətçi-rasistdir. Onunla müzakirə etməli heç bir şey yoxdur və indi o, “arzuolunmaz şəxs”dir”, – Rubio “X” hesabında yazıb.

Aysel Əliyeva
Globalinfo.az