abs ordusu

ABŞ-ın Nigeriyaya hərbçilərdən ibarət qrup göndərməsinin detalları bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının rəhbəri general Dağvin Anderson məlumat verib.

Generalın sözlərinə görə, hərbi qrupun Nigeriyaya yerləşdirilməsi Vaşinqton və Abuca arasında Qərbi Afrikada terror təhlükəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə əldə olunan razılaşmanın nəticəsidir.

“Bu, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə gətirib çıxardı. Həmçinin unikal imkanlara malik kiçik bir Amerika komandasının prosesə cəlb olunmasını təmin etdi”, – deyə Anderson bildirib.

O, qrupun sayı və konkret tapşırıqları barədə məlumat verməyib. Nigeriyanın müdafiə naziri Kristofer Musa da amerikalı mütəxəssislərin ölkədə olduğunu təsdiqləyib, lakin missiyanın detalları açıqlanmayıb.

Xatırladaq ki, daha öncə Tramp Nigeriya hakimiyyətini xristian icmalarını radikal qruplaşmalardan qoruya bilməməkdə ittiham edib və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün ölkəyə təzyiq göstərib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: