
ABŞ Avropanın təhlükəsizliyindən narahatdır.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vans Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
“Yaxın bir neçə il ərzində Avropa özünümüdafiə sahəsində ciddi addımlar atmalıdır. Avropanın təhlükəsizliyinə ən böyük təhdid Rusiya, Çin və ya başqa bir xarici aktor deyil. Məni narahat edən daxildən gələn təhdiddir”, – deyə vitse-prezident bildirib.
Aysel Əliyeva
Globalinfo.az