ABŞ Bəhreyndəki 5-ci donanmasını dəstəkləmək üçün USS Florida sualtı atom gəmisini Fars körfəzinə göndərib.
Globalinfo.az xəbər verir ki, Vaşinqton bu qərarı İranın İsrail ticarət gəmilərinə hücum etmək qərarından sonra verib.
ABŞ tərəfi artıq İsrailin gəmiçilik şirkətlərini hücumlarla bağlı məlumatlandırıb. Onlara gəmilərinin lokatorlarını söndürmək və Oman sahillərinə yaxın üzmək tövsiyə edilib.
“Nyu York Tayms” isə SEPAH-a yaxın olan polittexnoloqa istinadən hücum haqda maraqlı məlumat dərc edib. Qəzet İranın bu gəmilərə hücumunun İsrailin bir müddət əvvəl Suriyada SEPAH-ın kəşfiyyat mərkəzinə təşkil etdiyi əməliyyata cavab olacağını bildirib.
İlkin Həsənov
Globalinfo.az