Paşinyan kritik vəzifəyə onu gətirir – “Təmizlik əməliyyatı” başlayır

Nikol Paşinyanın yeni qərarına əsasən, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə (MTX) rəhbəri artıq prezident deyil, baş nazir təyin edəcək.

Globalinfo.az xəbər verir ki, erməni bloger Mikael Badalyan Paşinyanın bu qərarı yaxın gələcəkdə məqsədlərini reallaşdırmaq üçün verdiyini deyib.

Badalyan MTX rəhbəri vəzifəsinə ölkənin Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın gətiriləcəyini bildirib. O qeyd edib ki, A.Qriqoryan ABŞ və Qərb kəşfiyyat xidmətləri ilə əlaqəsi olan Rusiya əleyhdarıdır.

İddialara görə, Paşinyan tezliklə növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırır. O, Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə A.Qriqoryanı gətirərək Ermənistanda rusyönümlü müxalifət formalaşdıracaq və mediada “təmizlik” işləri aparacaq.

Badalyan Qriqoryanın Paşinyandan daha qərbyönümlü olduğunu, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə operativ işlədiyini, artıq Ermənistanın tamamilə ABŞ və Qərbə yönələcəyini bildirib.

Ayşən Mustafa
Globalinfo.az