Meksika sərhədindən ABŞ-a qanunsuz yollarla keçməyə çalışan mühacirlərin görüntüləri sosial şəbəkələrdə böyük rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, videoda bir qrup şəxsin türk dilində danışması diqqət çəkib.
İnsanları ABŞ-a keçirmək istəyən şəxsin görüntülərdə “Hey, turko sakin” deməyi maraq doğurub.
Gənclərlə yanaşı, 70 yaşlarında ahıl insanların da çətin relyefdə qaçaraq sərhədi keçməyə çalışması izləyənləri heyrətə gətirib.
Bu mənzərə sosial media istifadəçiləri tərəfindən kəskin tənqid olunub və ölkədəki iqtisadi-siyasi vəziyyət barədə ciddi müzakirələrə yol açıb.
Şərhlərdə bir çox insan bu addımı “cahil cəsarəti” adlandıraraq, naməlum bir gələcək üçün belə böyük risklərin alınmasını təəssüflə qarşılayıb.
Bəzi istifadəçilər isə ABŞ-dakı qanunsuz mühacirlərin ucuz işçi qüvvəsi kimi istismar edildiyini və Donald Trampın miqrasiya siyasəti səbəbindən tezliklə deportasiya olunacaqlarını xatırladıb.
🔴Bir kaçakçı, insanları Meksika sınırından kaçak yollarla ABD’ye soktuğu anlara ait görüntüleri paylaştı.
Videoda çok sayıda kişinin Türkçe konuşması dikkat çekti.
“Hey Turko sakin…” pic.twitter.com/44HnbdTiWs
— 3. Dünya Savaşı (@ww3mediaa) June 11, 2026
Əliyar Xəlil
Globalinfo.az