2024-cü ildə NATO Zirvə Görüşünə ev sahibliyi edəcək ölkə açıqlandı

Gələn il ABŞ NATO sammitinə ev sahibliyi edəcək.

Globalinfo.az xbər verir ki, bunu ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Varşavada çıxışı zamanı deyib.

“ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynanı müdafiə etməyə davam edəcək. Gələn il NATO-nun bütün üzvlərini ABŞ-da keçiriləcək sammitdə qəbul edəcəyəm. Biz birlikdə dünya tarixinin ən güclü müdafiə ittifaqının 75 illiyini qeyd edəcəyik” – Bayden vurğulayıb.