ABŞ 2024-cü il üçün neftin qiymətini KƏSKİN AŞAĞI SALDI

ABŞ Energetika Departamenti (Energetika Departamenti) 2024-cü ildə Şimal dənizindən əldə edilən “Brent” markalı neftin orta qiyməti ilə bağlı proqnozunu əvvəlki təxminlə müqayisədə 11 faiz azaldıb – bir barel üçün 82,57 dollar.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, departament 2024-cü ildə “Brent” markalı neftinin orta qiyməti ilə bağlı əvvəlki proqnozunu 10 dollardan çox aşağı salıb. Bu ilin sonunda ABŞ Energetika Nazirliyi bu rəqəmin bir barel üçün 82,4 dollar olacağını gözləyir.

Departament həmçinin ölkədə gündəlik xammal hasilatını 13,11 milyon barel səviyyəsində proqnozlaşdırır ki, bu da departamentin əvvəlki təxminindən 40 min barel azdır.

Energetika Nazirliyi 2023-cü il üçün proqnozunu sutkada 30 min barel artıraraq 12,93 milyona çatdırıb.