Abramyan Bakıdakı erməni generaldan yazdı – “Gülməli alındı…”

Erməni deputat Tiqran Abramyan Xankəndidə saxlanılaraq Bakıya gətirilən erməni general David Manukyan haqda yazıb.

Globalinfo.az xəbər verir ki, o, Manukyanın Ermənistan və keçmiş, qondarma “artsax” ordusunda böyük xidmətlərinin olduğunu bildirib.

Abramyan D.Manukyanın istər 44 günlük müharibə zamanı, istərsə də ondan əvvəl Azərbaycana qarşı aktiv xidmət etdiyini qeyd edib:

“2020-ci ilin əvvəlində Ağdərədə döyüş mövqelərindən birində onunla görüşdüm. Görüşümüz olduqca gülməli alındı. Bizi rəsmi təqdim etdilər, demək olar ki, eyni vaxtda ikimiz də uzaqdan tanış olduğumuzu dedik.

Sonra postda olan əsgərlərlə birlikdə nahar etdik, bundan sonra general problemləri düzəltməyə, komandolara tapşırıqlar verməyə başladı, mən də başqa mövqelər istiqamətində yoluma davam etdim.

Manukyanla müqavilə uzadılmadıqdan sonra o, Qarabağa tərk etmədi, Xankəndidə yaşamağa davam etdi”.

Xatırladaq ki, Ermənistan vətəndaşı, general David Manukyan Qarabağda törətdiyi terror cinayətlərinə görə sentyabrın 29-da saxlanılaraq Bakıya gətirilib.

Tamerlan Yayaqan
Globalinfo.az