Abramoviçin Britaniyadakı şirkəti şok məbləğə satıldı

Rusiyalı iş adamı Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britaniyadakı şirkəti 1 funta (2 manat) satılıb.

Globalinfo.az xəbərinə görə, bu barədə “The Financial Times” nəşri məlumat yayıb.

Məlumatda bildirilib ki, “Truphone” telekommunikasiya qrupu iki avropalı sahibkara 1 funta (2 manat) satılıb.

Şirkətin yeni sahibləri alman iş adamı Hakan Koç və onun biznes ortağı Pirros Kussios olub.