İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Fələstinin “İslami Cihad” qruplaşmasının lideri Ziad ən-Naxali arasında telefon danışığı baş tutub.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, Abdullahian İranın son məsləhətləşmələri ilə bağlı Nəxalini məlumatlandırıb.