Araqçı bəyan etdi: İran müharibəyə hazırdır!

“İran mümkün müharibəyə tamamilə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

“Lakin biz müharibə istəmirik, sülh axtarırıq. Qəzza və Livanda ədalətli sülh üçün çalışacağıq”, – o qeyd edib.

Qeyd edək ki, İran Hərbi Dəniz Qüvvələrinin komandanı Alirez Tanqsirib bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ordusu ilə birbaşa toqquşma olacağı təqdirdə bir neçə plan hazırlayıb.