WhatsApp Image 2024 07 11 at 10.12.24 2

İran parlamenti Abbas Əraqçini xarici işlər naziri vəzifəsinə təsdiqləyib.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə İSNA məlumat yayıb.

İran parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası təklif olunan xarici işlər naziri Abbas Əraqçinin təyinatını təsdiqləyib.

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian avqustun 11-də 14-cü hökumətdə xarici işlər naziri vəzifəsinə Abbas Əraqçini təqdim etmişdi.

Paylaş: