İran xarici işlər naziri bu gün Səudiyyə Ərəbistanına səfər edir.
Globalinfo.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçı deyib.
“Səudiyyə Ərəbistanına və regionun bəzi ölkələrinə səfərim bu gün günortadan sonra başlayacaq. Səfərin məqsədi məsləhətləşmələr aparmaq və İsrailin Livan və Qəzzada etdiklərinin qarşısını almağa çalışmaqdır”, – diplomat qeyd edib.