AB Fələstinin 3 qruplaşmasına sanksiya tətbiq etdi

Avropa Birliyi İsrailə hücuma görə Fələstinin 3 silahlı qruplaşmasına sanksiya tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, sanksiya siyahısına “İslami Cihad”ın hərbi qanadı “Səraya Əl-Qüds”, “İzəddin əl-Qəssam Briqadası” və HƏMAS-ın “Nuhba” xüsusi təyinatlı qruplaşması daxil edilib.