AB-dən yeni Ukrayna təklifi: Üçüncü ölkələrə silah ixracını…

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Ukraynaya daha sürətli silah tədarükünü təmin etmək üçün üçüncü ölkələrə ixracı müvəqqəti dayandırmağa çağırıb.

Globalinfo.az xəbər verir ki, Borrell bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Aİ rəsmisi bildirib ki, Ukraynaya təcili silah tədarükü həyata keçirilməlidir. Bunu isə üçüncü ölkələrə ixracı dayandırmaqla həyata keçirmək olar.

Borrell bu məqsədlə Aİ-yə üzv dövlətləri üçüncü ölkələrə həyata keçirilən ixracı dayandırmağa çağırıb.

Polşanın xarici işlər naziri Sikorski də ABŞ Konqresini Ukraynaya yardım paketini təsdiqləməyə səsləyib. O, İsrail-HƏMAS qarşıdurmasına da toxunaraq ölkəsinin iki dövlətli həll yolunu dəstəklədiyini vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az