siyavus mecli

“Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən mediaya hər zaman diqqət və qayğı göstərilib. Müstəqilliyin ilk illərində senzura ləğv edildi və mətbuatın fəaliyyətinə geniş imkanlar yaradıldı. O dövrdə Azərbaycan Nəşriyyatının borcları bağlandı”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Prezident tərəfindən həyata keçirilən siyasət nəticəsində media sahəsində bir çox müasir addımlar atılıb:

“Jurnalistlər üçün yaşayış binaları tikilib, mənzillər verilib, qəzet və media orqanlarına maliyyə dəstəyi göstərilib, Mətbuat Fondu yaradılaraq bu sahənin dayanıqlı maliyyələşdirilməsi təmin olunub. Bu, Azərbaycan dövlətinin və Prezidentinin mediaya göstərdiyi diqqətin bariz nümunəsidir.

Təəssüf ki, bu gün media mühitində müxtəlif yanaşmalar və platformalar mövcuddur. Xüsusilə xaricdə fəaliyyət göstərən bəzi şəxslər və qruplar Azərbaycan dövlətinin siyasətini, Prezidentin beynəlxalq arenada ədalətli mövqeyini qəbul etməyərək ölkə, xalq və ordu haqqında həqiqətə uyğun olmayan məlumatlar yayırlar”.

Deputat deyib ki, qanunvericilik çərçivəsində bu məsələlərə ciddi yanaşmalıyıq:

Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan uzun illər ərzində mövcud olmuş mürəkkəb problemləri həll edib, işğal altında olan ərazilər azad edilib və ölkənin ərazi bütövlüyü təmin olunub. Bəziləri Ağdamın işğal olunmasında bugünkü hakimiyyəti ittiham edirlər. Guya bugünkü hakimiyyət Ağdamın işğalında iştirak edib. Heydər Əliyevin həmin vaxt ordusu yox idi. AXC-Müsavat batalyonları cəbhədən çəkmişdi. Bunları yaxşı xatırlayırıq. Bu gün tarixi saxdalaşdırmağa çalışırlar.

Almaniyada oturub ölkəmizə qarşı danışan Ərəstun Oruclu var. O işlədiyi fonddan pul oğurlayırdı. İndi Almaniyada düzlükdən, ədalətdən yazır. Bu adam pul oğrusu idi. İndi bloger, yazıçı, şair olub. Hesab edirəm, bu cür adamlara qarşı ciddi mübarizə aparmalıyıq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: