9a0a1570 c19b 4f7d 9825 05d454c5adc2 1

Oktyabrın 10-u axşam saatlarında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş vermiş ağır yol qəzasının detalları bəlli olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, ilkin araşdırmalar zamanı qəzanı törədən 1999-cu il təvəllüdlü Əhmədova İlkanə Rəsul qızının sərxoş olmadığı müəyyən edilib:

“Oktyabrın 10-u saat 17:20-də Kürdəxanı şosesi, Əjdər Məlikov küçəsində yerləşən “Nail Market”in qarşısında İ.Əhmədova idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobili yolun sağında dayanmış vəziyyətdə olan “Audi” və “Mitsubishi” markalı avtomobillərə çırpıb.

Nəticədə avtomobilin yanında dayanmış “Mitsubishi”nin sürücüsü, 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı avto-texniki ekspertizalar təyin edilib. Qəza vaxtı “Chevrolet Malibu”nun hansı sürətlə hərəkət etməsi ekspertizanın rəyindən sonra məlum olacaq”.

Qeyd edək ki, dəhşətli hadisə nəticəsində həlak olan 38 yaşlı F.Umudov müxtəlif şirkətlərdə çalışıb. O, son olaraq istixana kompleksində mühəndis kimi fəaliyyət göstərirmiş.
qeza 1
4152b7a4 d3fc 4092 91f3 b129d0ffb41dqeza 1

Paylaş: