Britaniya Baş naziri Rişi Sunak və ABŞ Prezidenti Cozef Bayden Şimali İrlandiyada görüşəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Britaniya baş nazirinin mətbuat xidməti yayıb.
Məlumata görə, görüş aprelin 11-də Belfast razılaşmasının ildönümü münasibətilə baş tutacaq.
Tərəflərin görüş zamanı nəyi müzakirə edəcəkləri açıqlanmayıb.
Qeyd edək ki, Belfast müqaviləsi 1998-ci ildə imzalanıb. Müqaviləyə əsasən, Londonun Şimali İrlandiyada dəstəklədiyi unionist protestantlarla İrlandiya ilə birləşməyə çalışan radikallar arasında silahlı qarşıdurma bitib. Maraqlı olan son vaxtlar Şimali İrlandiyada İrlandiya Respublikası ilə birləşmək istəyənlərin sayının artmasıdır. Bu isə öz növbəsində Londonu narahat etməklə yanaşı, burada Şotlandiya təcrübəsinin yaşanacağı ehtimalını artırır.
İlkin Həsənov
Globalinfo.az