Serbiyada parlamentə növbədənkənar seçkilər üzrə səsvermə başlayıb.
Globalinfo.az xəbər verir ki, ölkədə seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb.
Səsvermə saat 20:00-da başa çatacaq.
Seçkilərdə 6,45 milyon seçici 250 deputatın müəyyənləşdirilməsi üçün səs verəcək.
Mandatlar uğrunda 18 seçki siyahısı üzrə 2400-dən çox namizəd mübarizə aparır.
Qeyd edək ki, seçkilər 2024-cü ilin noyabrında Novi Sad şəhərində dəmir yolu vağzalının örtüyünün uçması və 16 nəfərin həlak olması ilə nəticələnən hadisədən sonra ölkədə başlayan kütləvi etirazlar fonunda keçirilir.