İrəvandan Moskvaya uçan “Aeroflot” təyyarəsi Omskda eniş edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Məlumata görə, SU 1995 reysi səhər saat 05:30-a planlaşdırılırdı, lakin təyyarə saat 08:04-də yola düşərək Şeremetyevo hava limanı əvəzinə Omskda eniş edib.
“Zvartnots” hava limanının onlayn uçuş cədvəlinə əsasən, “Azimut”, “FlyOne” və “Aeroflot” aviaşirkətlərinin İrəvan-Moskva reysləri, eləcə də “Aeroflot” və “FlyOne” aviaşirkətlərinin Krasnodar və Soçiyə reysləri də təxirə salınacaq.
Dəyişikliyin səbəbi açıqlanmayıb.
Əliyar Xəlil
Globalinfo.az