“Kişinyovun Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarmaq qərarı ikitərəfli münasibətləri tamamilə pozmağa yönəlib”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O qeyd edib ki, Kişinyovun düşmən hərəkətlərinə Rusiya cavab verəcək.
Daha əvvəl Moldovanın Kişinyovdakı Rusiya səfirliyinin bir əməkdaşını ölkədən çıxaracağı açıqlanmışdı. Moldova tərəfi səbəb kimi bu ölkənin ərazisində Rusiyaya məxsus pilotsuz təyyarənin vurulmasını göstərib.
Əliyar Xəlil
Globalinfo.az