kutlevi dava

Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi deyilən qətl hadisə ilə bağlı yeni təfərrüat məlum olub.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a qətlə yetirilən Ceyhun Mirağayevin yaxın qohumu məlumat verib.

O qeyd edib ki, C.Mirağayevin kriminal aləmin üzvü olması ilə bağlı məlumatı yoxdur:

“Kriminal şəxsin ailəsi olmur. Onun iki övladı var. 19 yaşlı övladını dünən aparmışdılar, heç atasının dəfninə buraxmadılar. Qızına bu gün elçi gələcəkdi, xeyir iş olacaqdı”.

Paylaş: