ziyafet esgerov

“Hərbi qulluqçular ədəbiyyatı, filologiyanı və incəsənəti də yaxşı bilməlidirlər. Doğrudur, riyaziyyat, fizika və kimya əsas sahələrdəndir. Lakin hərbi qulluqçunun güclü məntiqi təfəkkürü də olmalıdır. Məntiqin formalaşmasında isə fəlsəfənin mühüm rolu var”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib.

O, sovet dövründə hərbi hissələrdə siyasi məsələlər üzrə komandir müavinlərinin fəaliyyət göstərdiyini xatırladıb:

“Komitə sədri olduğum dövrdə bir neçə hərbi hissəyə səfər etmişəm. Orada kitabxanalar mövcuddur. Əsgərlərimiz həm hərbi ədəbiyyat, həm də fəlsəfə ədəbiyyatı oxuyurlar. Bu, çox yaxşı haldır”.

Qeyd edək ki, deputat Siyavuş Novruzov təhsil sahələrinin ordu ilə əlaqəli olmasının vacibliyini vurğulayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: