Türkiyənin Zonquldağ bölgəsinin Kilimli rayonunun Gelik qəsəbəsində özəl daş kömür mədənində baş vermiş partlayış nəticəsində iki fəhlə ölüb, ikisi ağır olmaqla, beş nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, hadisə yerində axtarış-xilasetmə işləri aparılır.