ma 1

“Ermənistan özü faktiki olaraq artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Talatbek Masadıkov TASS-a bildirib.

“Biz sənədləri ölkədaxili razılaşdırılma üçün göndəririk. Bütün sənədləri Ermənistana da təqdim edirik. Hər bir məsələ ilə bağlı İrəvan tərəfi bildirir ki, müzakirələrdə və qərarların qəbulunda iştirak etmir, lakin məhdud tərkibdə qərarların qəbuluna etirazı yoxdur.

Yəni onlar bizim fəaliyyətimizə mane olmurlar. İşlər davam edir, biz qərarlar qəbul edirik. Ermənistan həftəlik hesabatları dinləyir, lakin əsas tədbirlərimizdə, hərbi təlimlərdə və digər bu kimi fəaliyyətlərdə iştirak etmir”, – deyə o qeyd edib.

Masadıkov fikirlərini bu cür davam etdirib:

“Buna görə də hesab edirəm ki, burada məhz KTMT Nizamnaməsinin 25-ci maddəsi tətbiq oluna bilər. Əslində, Ermənistan faktiki olaraq artıq özü təşkilatdan çıxıb”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: