aydin

Türkiyədə İstanbul Baş Prokurorluğunun apardığı fond araşdırması ilə əlaqədar daha beş nəfər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, saxlanılanlar arasında hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş deputatı və baş nazirin sabiq müşaviri Ertan Aydın da var.

Digər şəxslərin Abdullah Dal, Fəxrri Uğur, Hakan Əryılmaz və Seda Tarım olduğu bildirilir.

Son saxlanılmalarla iş üzrə şübhəlilərin ümumi sayı 31 nəfərə yüksəlib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: