“Konstitusiyaya dəyişikliklər ola və Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı növbədənkənar parlament seçkiləri keçirilə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, yaxın vaxtlarda yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunacağını, müzakirələrdən sonra isə parlamentə göndəriləcəyini bildirib.
Baş nazir müxalifəti planlaşdırılan dəyişikliklərin əhəmiyyətinə inandırmağa çalışacaqlarını əlavə edib:
“Bu cəhdlər nəticə verməsə, növbədənkənar seçkilər də daxil olmaqla, alternativ variantlar nəzərdən keçiriləcək”.
Paşinyan Konstitusiya dəyişikliyi və Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı vədlərini Ermənistan vətəndaşları qarşısında götürdüyü öhdəliklər kimi xarakterizə edib:
“Bu məqsədlərə nail olunması xalqın dəstəyi ilə mümkün olmalıdır. Vədlərin yerinə yetirilməməsi isə onun siyasi missiyasının başa çatması barədə qənaətə səbəb ola bilər”.
Paşinyan bu məsələlərin onun üçün prinsipial əhəmiyyət daşıdığını vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az