tramp putin 2

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən Ukraynada muzdlu fəaliyyət ittiham ilə Rusiyada saxlanılan amerikalı Stiven Habbardın azadlığa buraxılmasını xahiş edib.

Globalinfo.az xəbər verir ki, Tramp Putinlə görüşü zamanı Habbardın vəziyyətini ətraflı müzakirə etdiyini deyib.

“Mən ondan Habbardın azad edilməsini xahiş etdim. Görək nə olacaq”, – deyə ABŞ lideri bildirib.

Tramp amerikalı vətəndaşı vətənində görmək istədiyini də vurğulayıb.

Qeyd edək ki, Stiven Habbard 2024-cü ilin oktyabrında Ukrayna Silahlı Qüvvələrinin tərəfində muzdlu kimi döyüşməkdə təqsirli bilinərək 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

O, 2 aprel 2022-ci ildən həbsdə olub və məhkəmədə təqsirini etiraf edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: