original scaled

Qazaxıstanda narkotik qaçaqmalçılığı şübhəsi ilə saxlanılan azərbaycanəsilli rusiyalı reper Navai Bəkirovun istintaq təcridxanasında vəziyyəti ilə bağlı yeni məlumatlar açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Məlumata görə, sənətçinin vəkili Rəna Kərimova onun hazırkı durumu və müdafiə tərəfinin mövqeyi barədə danışıb.

Vəkilin reper özünü yaxşı hiss etdiyini və işin müsbət nəticələnəcəyinə ümid bəslədiyini bildirib. 

O, sənətçinin təcridxanada kitab oxuduğunu və şeirlər yazdığını qeyd edib. Vəkil hadisə zamanı Navainin avtomobildə tək olmadığını da vurğulayıb.

“Yalnız onu deyə bilərəm ki, Navai avtomobildə tək olmayıb. Baş verənlərə görə məsuliyyəti başqa biri də üzərinə götürə bilərdi, lakin Navai bu variantı seçib. Şəxsi qənaətimə görə, o, təqsirkar deyil. Ancaq təqsirini etiraf edib-etməmək barədə qərarı özü verməlidir”, – deyə vəkil əlavə edib.

Rəna Kərimova reperin yaxın vaxtlarda azadlığa buraxılması ilə bağlı perspektivləri müsbət qiymətləndirib. Onun sözlərinə görə, hüquqi proses adi qaydada davam edir. Sənətçinin həbsindən sonra planlaşdırılan konsertlərinin də ləğv edilməsinə başlanılıb.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: