1200x675 uzmani anlatti maymun ciceginin covid 19 gibi salgin yapmasi beklenmiyor 1724246913332

Rusiyanın Sankt-Peterburq şəhərində beş nəfərin meymunçiçəyi virusuna yoluxduğu təsdiqlənib.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Botkin adına Klinik İnfeksion Xəstəxanasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xəstələrə qoyulan diaqnoz təsdiqlənib. Hazırda onlar müalicə alırlar və vəziyyətləri stabildir. Xəstəliyin gedişatının orta və yüngül ağırlıq dərəcəsində olduğu qeyd edilib.

Qeyd edək ki, oktyabrın 15-də Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti Moskva vilayətində mümkün meymunçiçəyi yoluxması barədə məlumat aldıqdan sonra sanitar-epidemioloji araşdırmaya başlayıb. Qurum ehtimal olunan xəstə və yoluxmanın mümkün şəraiti ilə bağlı təfərrüatları açıqlamayıb.

Meymunçiçəyi (Mpox) virus xəstəliyidir və əsasən Mərkəzi və Qərbi Afrikanın tropik meşələrə yaxın ucqar ərazilərində yayılıb. Xəstəliyin heyvandan insana ilk yoluxma halı 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb.

Əliyar Xəlil, 

Globalinfo.az

Paylaş: