lavrov 9 900x600 1

Rusiya BMT platformasında ABŞ və İsrailin İrana qarşı aqressiv addımlarına haqq qazandırmaq cəhdlərinin qarşısını alıb.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehrana səfəri zamanı iranlı həmkarı Abbas Əraqçi ilə danışıqların yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib.

Lavrovun sözlərinə görə, Rusiya İrana qarşı qanunsuz və aqressiv hərəkətlərə haqq qazandırılması cəhdlərinin qarşısını almaqla yanaşı, İran xalqına mümkün qədər qısa müddətdə humanitar yardım da göstərib.

Nazir qeyd edib ki, İrana əhalinin ehtiyac duyduğu dərman preparatları çatdırılıb və ərzaq məhsullarının tədarükü mütəmadi olaraq həyata keçirilir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: