ABŞ Prezidenti Donald Tramp Fransada baş verən kütləvi iğtişaşlarla bağlı açıqlama verərək ölkə rəhbərliyini sərhədləri bağlamağa və vəziyyətə nəzarəti gücləndirməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O, Fransadakı vəziyyətin miqrasiya ilə əlaqəli olduğunu iddia edərək ölkənin gələcəyi ilə bağlı narahatlığını ifadə edib.
“Fransa od içindədir! Tamamilə fərqli dünyadan gələn, qəlbində nifrət daşıyan insanların miqrasiyası bir vaxtlar böyük olan bu ölkəni məhv etdi. Hələ gec olmadan sərhədləri bağlayın və vəziyyəti nəzarətə götürün”, – deyə Tramp yazıb.