Rusiyanın Federal Təhlükəsizlik Xidməti general-leytenant Vladimir Alekseyevin qətlinə cəhddə şübhəli bilinən daha bir nəfəri saxlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, təqsirləndirilən şəxs 1981-ci il təvəllüdlü Pavel Vasindir. O, sui-qəsd cəhdində iştirak edən və əvvəllər cinayətdə günahını etiraf edən Viktor Vasinin oğludur.
Safura Bənnayeva
Globalinfo.az