“Almaniyanın Ukraynaya hava hücumundan müdafiə sahəsində əlavə yardım göstərmək imkanı yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Bundestaqın Xarici Əlaqələr Komitəsinin rəhbəri Armin Laşet deyib.
Onun sözlərinə görə, Almaniya hökuməti əlindəki imkanlardan artıq istifadə edib:
“Ukraynaya qısa müddətdə əlavə yardım göstərmək üçün ehtiyat potensialı qalmayıb. Fikrimcə, manevr imkanımız yoxdur”.
Safura Bənnayeva
Globalinfo.az