aksiya

“Fransanın Limoges şəhərində 143 illik tarixə malik bina məktəblilərin dinc etirazları zamanı yanır və dağılır. İğtişaşların miqyası o qədər böyüyüb ki, polis artıq asayişi bərpa etməyə və vəziyyətə nəzarət etməyə qadir deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının İcraiyyə orqanının üzvü Artak Zakaryan deyib.

Onun sözlərinə görə, fransızların yeni nəsli elə bir yaşa çatıb ki, uşaqlar öz valideynlərinə qarşı etiraz edirlər:

“Müəllim həbs və ictimai qınaq hədəfinə çevrilib. Polis valideynlərin və müəllimlərin tərbiyə işlərinə müdaxilə edə bilir. Hər şey məhz “dərsliklərə uyğun” gedir.

Bir sıra mənbələrin məlumatına görə, ictimai, tarixi və dini əhəmiyyət daşıyan obyektlər talan edilir və dağıdılır. Məktəblilərin etiraz dalğası adı altında küçələrə çıxan miqrantlar və radikallar isə, bəzi mənbələrə görə, yerli fransızları döyür və kilsəni yandırmaqla hədələyirlər”.

Artak Zakaryan qeyd edib ki, bütün bunlar ifrat liberalizmin və müasir qlobalizmin tələblərinə uyğun baş verir:

“Nəzarətsiz azadlıq və idarəolunmaz demoqrafik dəyişikliklər tərbiyəsizliyə, savadsızlığa, dözümsüzlüyə və özbaşınalığa çevriləndə…

Məhz miqrantların ikinci və üçüncü nəsilləri köhnə Fransanı dağıdır. Düşünürəm ki, tezliklə davam edən iğtişaşları sakitləşdirmək üçün Fransanın böyük şəhərlərinə ordu yeridiləcək. 2027-ci ilin aprelində keçiriləcək prezident seçkiləri isə həqiqi fransızların kimə səs verəcəyini göstərəcək. Demoqrafiya zarafat deyil. Bu və buna bənzər iğtişaş dalğaları bir sıra Avropa ölkələri üçün təhlükə yaradır”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: