cem gurbuz anka3 a

Türkiyə Silahlı Qüvvələrinin arsenalını genişləndirmək məqsədilə əlavə 80 ədəd ANKA-3 pilotsuz uçuş aparatı (PUA) sifariş verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata əsasən, ANKA-3 qanadlı raketlər daşımaq və “hava-hava” döyüşlərində iştirak etmək qabiliyyətinə malik stels tipli pilotsuz uçuş aparatlarının hazırlanması layihəsində mühüm rol oynayacaq.

TUSAŞ rəsmilərinin bildirdiyinə görə, daha böyük gövdəyə və yüksək faydalı yük tutumuna sahib ANKA-3-lər noyabrda istifadəyə verilməsi planlaşdırılan yeni montaj xəttində istehsal ediləcək.

İlkin istehsal partiyasında 1,3 ton olan faydalı yük tutumunun yeni partiyada 1,75 tona çatdırılması gözlənilir.

Paylaş: