elcibey penah scaled

Sabiq baş nazir Pənah Hüseyn “Reaksiya” TV-ə müsahibəsində maraqlı fakt açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, Əbülfəz Elçibəyin 1992-ci ildə prezident vəzifəsinin icrasına başlamazdan öncə Prezident Administrasiyasındakı (PA) kabinetdə fəaliyyət göstərdiyini bildirib.

P.Hüseyn deyib ki, 18 may 1992-ci ildə İsa Qəmbər Ali Sovetin (Milli Məclisin) sədri seçilib və prezidentin səlahiyyətlərini müvəqqəti icra edib.

Elçibəy isə 7 iyun tarixində prezident seçilib və 17 iyunda and içib, vəzifəsinin icrasına başlayıb. 1 ay müddətdə Əbülfəz Elçibəy PA-da dövlət başçısının iş kabineti olan mərtəbədə oturub və idarəetməyə birbaşa nəzarəti həyata keçirib. P.Hüseyn onu da deyib ki, bu vaxt ərzində bütün təyinatlar və qərarlar Ə. Elçibəylə razılaşdırılıb.

Həmin videonu təqdim edirik:

@reaksiyatv Əbülfəz Elçibəy prezident olmamışdan əvvəl, Prezident Administrasiyasında necə oturub? – İLK DƏFƏ AÇILDI #reaksiyatv #nazir #elçibey #azerbaycan #prezident ♬ orijinal ses – Reaksiya TV

Paylaş: