İranda dərinləşən iqtisadi çətinliklər və qiymət artımı sosial şəbəkələrdə ironik etirazlarla gündəmə gəlib.
Globalinfo.az xəbər verir ki, yayılan görüntülərdə iranlı qadın bahalaşmaya etirazını qeyri-adi formada ifadə edir.
O, özünü asılılıqdan əziyyət çəkən şəxs kimi təqdim edərək ət, toyuq, geyim, meyvə və hazır yemək almaqdan imtina etdiyini bildirir.
Qadın ironik çıxışında iqtisadi vəziyyətin belə davam edəcəyi təqdirdə, məsul şəxslər tədbir görməsələr, gələcəkdə soya və paxlalılar kimi ərzaq məhsullarını da almaqdan vaz keçəcəyini deyir.
Videonun üzərindəki “Sən tək deyilsən! Hamımız bir məqsəd uğrunda tərk edirik” ifadəsi isə bahalaşmanın insanların gündəlik həyatına təsirini istehza yolu ilə çatdırır.
Tahir Turan
Globalinfo.az