arxeoloji qazinti

Braziliyada aparılan geoloji kəşfiyyat işləri zamanı yerin təxminən 180 metr dərinliyində qızıl, gümüş və sənaye metallarının toplandığı zəngin mineral təbəqə aşkar edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Belə ki, kəşf Braziliyanın Mato Qrosso ştatının Santa Helena bölgəsində fəaliyyət göstərən beynəlxalq mədən şirkəti Meridian Mining tərəfindən aparılan qazıntılar zamanı edilib.

Araşdırmalar nəticəsində qızıl və gümüşlə yanaşı, mis, sink və qurğuşun ehtiva edən beş müxtəlif metalın mövcudluğu müəyyənləşdirilib. Geoloqların laboratoriya analizləri nümunələrdə qızıl və gümüşün yüksək konsentrasiyada olduğunu göstərib.

Daha dərin qazıntılar zamanı yer səthindən təxminən 90 metr aşağıda mis və sink baxımından zəngin ikinci mineral təbəqə də aşkarlanıb.

Mütəxəssislər bu ərazidə əvvəllər müşahidə edilməyən qızıl hissəciklərinin tapılmasını kəşfiyyat işləri baxımından mühüm nəticə kimi qiymətləndirirlər.

İlkin məlumatlara görə, aşkar edilən geoloji strukturun vulkanik fəaliyyət nəticəsində formalaşdığı ehtimal olunur. Bu strukturun xüsusiyyəti müxtəlif metalların eyni ərazidə toplanmasıdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: