Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Nazirlər Kabineti yayıb.
Danışıqlar İrəvanda BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransı (COP17) çərçivəsində baş tutub.
Bununla belə, görüşlə bağlı digər detallar açıqlanmayıb.